Rusiyada Türkiyə Kino Günləri

Türkiyə Kino Günləri çərçivəsində hər gün rus dilində alt yazılı 2 Türkiyə filmi kinosevərlərə təqdim edilir.

1278012
Rusiyada Türkiyə Kino Günləri

  Rusiyanın Yekaterinburq şəhərində Türkiyə Kino Günləri başladı.

  Paytaxt Moskvada yerləşən Yunus Əmrə İnstitutu tərəfindən bir kino salonunda reallaşdırılan proqramın açılışında Sverdlovsk Mədəniyyət İdarəsinin direktor müavini Sergey Radçenko, Türkiyənin Yekaterinburqdakı konsulu Sergey Trofimov, institutun rəhbəri Ömər Özkan və rusiyalı vətəndaşlar iştirak edib.

  Türkiyə mətbəxindən nümünələrin təqdim edildiyi tədbirdə musiqi sədaları altında "Türkiyəni tanıyaq" başlıqlı məlumat yarışması keçirilib.

  Qeyd edək ki, Türkiyə Kino Günləri çərçivəsində hər gün rus dilində alt yazılı 2 Türkiyə filmi kinosevərlərə təqdim edilir.

  Tədbir sentyabrın 29-da sona çatacaq.



Әlaqәli Xәbәrlәr