“Sarayevo Halal Sərgisinə” start verildi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il ikincisi təşkil edilən “Sarayevo Halal Sərgisində” 36 ölkədən 100-dən çox şirkət iştirak etdi.

1276989
“Sarayevo Halal Sərgisinə” start verildi

Yarmakanın açılış mərasimi Skenderija Mədəniyyət Mərkəzində baş tutub. Mərasimə yüksək vəzifəli şəxslər və halal tədarük zəncirinin bütün sahələrindən nümayəndələr iştirak ediblər.

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Sefik Dzaferovic mərasimdə etdiyi çıxışında halal məhsul sektorunun hər keçən gün daha da inkişaf etdiyini vurğulayıb.

Video konfrans vasitəsilə iştirakçılara müraciət edən Malayziyanın Baş naziri Mahathir Mohammed də yarmarkanın halal sənayenin görüş mərkəzinə çevrilməsini və hər il keçirilməsini arzuladığını bildirib.

İstanbul Ticarət Palatasının sədr müavini İsrafil Kuralay isə İstanbul Türkiyənin, Sarayevo  isǝ  Bosniya və Herseqovinanın ən əhəmiyyətli ticarət və sənaye mərkəzidir  deyib. Hər iki şəhərin sərgi səbəbiylə mövcud xüsusiyyətlərinə yenisini əlavə edərək iqtisadiyyat və ticarətdə güclü əməkdaşlıq etmələrinə zəmin yaradılacağını   vurğulayıb.

Halal sənayesi təchizatı zəncirinin bütün sahələrindən olan beynəlxalq nümayəndələri tapışdıran yarmarka sentyabrın 28-dək davam edəcək və ən uğurlu iştirakçılara Sarayevo Halal Sərgi Mükafatı təqdim ediləcək.

Qeyd edək ki, İslam İnkişaf Bankı və Bosniya və Herseqovina İslam Birliyinin dəstəyilə təşkil edilən sərgiyə Serbiya, Xorvatiya, Çernoqoriya, Sloveniya, Makedoniya və Albaniya ilə yanaşı Avropa İttifaqına üzv bəzi ölkələr Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, İndoneziya və Bəhreyndən olmaqla 100-dən çox şirkət iştirak edir.



Әlaqәli Xәbәrlәr