Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib

Muğla vilayətinin Yatağan qəsəbəsindəki Strakonikeia Antik Şəhərində aparılan qazıntı işləri zamanı 2 200 illik olduğu təxmin edilən 10 maska aşkar edilib.

1533490

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya İrsi siyahısında yer alan Stratonikeiada qazıntı işlərini davam etdirən Pamukqala Universitetinin müəllimi, Prof. Dr. Bilal Söğütün başçılıq etdiyi heyət 12 aydır bölgədə araşdırmaları davam etdirir.

Yunanıstan, Roma, Bizans, Bəyliklər, Osmanlı və Cümhuriyyət dönəmlərinə aid əsərlərin bir arada olduğu Stratonikeia Antik Şəhərində aparılan qazıntılar zamanı 2 200 illik antik teatrın səhnə binasının olduğu ərazidə mifoloji maskalar aşkar edilib. Son iki il içərisində aşkar edilən 33 maskanın təmizlik və emalı islərini yekunlaşdıraraq sərgilənməsini təmin edən araşdırma qrupu daha 10 maskanın aşkar edilməsi ilə siyahını 43-ə çatdırıb.

Әlaqәli Xәbәrlәr