Tətil kefiniz Türkiyədə güvəndədir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xaricdən ölkəyə gələn ailələrin tətillərini necə etibarlı şəkildə keçirə biləcəyini göstərən video paylaşaraq "Tətil kefiniz Türkiyədə güvəndədir" mesajını verib

1444539
Tətil kefiniz Türkiyədə güvəndədir

 

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xaricdən ölkəyə gələn ailələrin tətillərini necə etibarlı şəkildə keçirə biləcəyini göstərən video paylaşaraq "Tətil kefiniz Türkiyədə güvəndədir" mesajını verib.

  M.N.Ersoy “Twitter” hesabından tətilə çıxanlar üçün görülən tədbirləri əks etdirən video paylaşıb.

  Türkiyənin beynəlxalq təqdimat xətti "Go Turkey" üzərindən Türkiyə və 17 ölkədə rəqəmsal platforma və televiziyalarda ictimai reklam kimi yayımlanacaq videoda xaricdən Türkiyəyə gələn ailələrin aerodromdan otelə qədər tətillərini necə etibarlı şəkildə keçirə biləcəyi göstərilir.

  Təqdimat filmində Türkiyənin turizm şəhərlərindəki təbiət və tarixi məkanlar da nümayiş etdirilir.

  Türkiyənin mədəniyyət və turizm naziri sözügedən mövzu ilə bağlı deyib: "Bu yeni dövrdə də sevdiklərinizlə xoşbəxt anlar yaşamaq və tətillərinizi ürəyiniz istəyən kimi keçirmək üçün hər bir ayrıntını düşündük. Tətil kefiniz Türkiyədə güvəndədir".

  Mehmet Nuri Ersoy videonun ingiliscə versiyasını da sosial mediadan paylaşıb.



Әlaqәli Xәbәrlәr