Tom Henksdən şad xəbər

Həyat yoldaşı Rita Uilson ilə yeni növ koronavirus (Covid-19) aşkarlanan amerikalı məşhur aktyor Tom Henks özlərini daha yaxşı hiss etdiklərini açıqlayıb.

1383541
Tom Henksdən şad xəbər

Həyat yoldaşı Rita Uilson ilə yeni növ koronavirus (Covid-19) aşkarlanan amerikalı məşhur aktyor Tom Henks özlərini daha yaxşı hiss etdiklərini açıqlayıb.
Tom Henks özünün "twitter" hesabından həyat yoldaşının və özünün müalicəsi ilə əlaqədar olaraq, "İlk simptomlarımızdan iki həftə keçdi və özümüzü daha yaxşı hiss edirik" mesajını paylaşım edib. 
Virusun yoluxmasının qarşısını almaq üçün insanın özünü karantin altında saxlamasının vacibliyinə toxunan Henks "Mühafizə altında qalmaq belə işləyir: Başqalarına yoluxdurmursan. Özgəsindən də sənə yoluxmur. Ağıllı rəftar deyilmi?"ifadələrini işlədib.
Henks mesajında "Bu bir az vaxt tələb edir, amma bir-birimizə qayğı göstərsək, bacardığımız qədər kömək edə bilsək və bəzi rahatlıqlarımızdan imtina etsək, bunu həll ede bilərik. Biz bu işin öhdəsindən gələ bilərik" deyib.
Qeyd edək ki, Tom Henks və həyat yoldaşı Uilson 12 martda Covid-19 testinin müsbət olduğunu elan etdilər.



Әlaqәli Xәbәrlәr