TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd etdi

Türkiyə radiosunun 93 illik köklü keçmişindən güc alaraq ölkənin səsini dünyaya duyurmağa davam edən Türkiyə Radio Televiziya Qurumu – TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd etdi

1412097
TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd etdi

 

  Türkiyə radiosunun 93 illik köklü keçmişindən güc alaraq ölkənin səsini dünyaya duyurmağa davam edən Türkiyə Radio Televiziya Qurumu – TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd etdi.

  Türkiyədə ilk rəsmi radio yayımı olan TRT radiosu 6 may 1927-ci ildən efirə başlayıb. 2009-ci ildən etibarən TRT Radio Günləri tədbirlərilə geniş şəkildə qeyd olunurdu. Bu il isə korona virusuna görə ləğv edilib.

  TRT Radio Departamentinin başçılığı ilə TRT radio yayımları 93-cü ildönümü münasibətilə proqramlarını evlərdən dinləyicilərinə çatdırdı. TRT radiosu sənətçiləri TRT İstanbul Həzin Musiqi və Caz Orkestrinin müşayətilə evlərindən mini konsertlər verdi, "Evdə qal" çağırışını təkrarladı, "Ev həyat doludur" mesajını paylaşdı, radio ilə dinləyiciləri arasındakı əlaqənin heç bir vəziyyətdə pozulmayacağını göstərdi.

  Qeyd edək ki, TRT radiosu Türkiyədə ilk radio olaraq 6 may 1927-ci ildən İstanbulun Sirkeci rayonundakı “Büyük Postane”nin studiyaya çevrilən dam qatından duyulan ilk anonsla başlayıb və 1964-cü ildə qurulacaq TRT televiziyasının təməli olub. Bu gün TRT Radiosu 93 illik köklü tarixindən güc alaraq dövlət siyasəti və prinsiplərini rəhbər tutur, dinləyici, tamaşaçı zövqünü oxşayır, öncül ana radio rolunu oynamağa davam edir.



Әlaqәli Xәbәrlәr