TRT AVAZ-da Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəsi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

1382194
TRT AVAZ-da Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib
Zeynalabdin Tağıyev_TRT Avaz_02.jpg

 

  Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəsi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

  Azertac informasiya agentliyi xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin zəngin mənalı ömründən bəhs edilir. Milyonçunun bütün həyatını əks etdirən kadrlara aid mətnlərdə onun sağlam düşüncəsi, uzaqgörən qərarları, Azərbaycan milli mətbuatının inkişafı, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə tamaşaçılara müfəssəl məlumat verilir.

  Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin həmişəyaşar adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.



Әlaqәli Xәbәrlәr