TRT daha bir mükafata layiq görüldü

Türkiyə Radio Televiziya Qurumu TRT beynəlxalq sahədə qazandığı mükafatlara daha bir yenisini əlavə etdi.

1270438
TRT daha bir mükafata layiq görüldü

Türkiyə Radio Televiziya Qurumu TRT beynəlxalq sahədə qazandığı mükafatlara daha bir yenisini əlavə etdi.

“Deyişikliyə ilham olma” şüarı ilə addım atıb gənclərə jurnalist olmağın qapılarını açan TRT Sosial məsuliyyət layihəsi olan “TRT World Citizen” tərkibindəki “Jurnalism for Juniors”, yəni “Gənclər üçün jurnalistika” proqramı sahəsində dünya birincisi oldu.

Layihə dünyanın ən etibarlı media, əyləncə və texnologiya sərgisi olan “IBC 2019”da Sosial Nüfuz Mükafatına layiq görüldü.

Hollandiyanın Amserdam şəhərində hər il keçirilən beynəlxalq “IBC” sərgisi tərəfindən verilən açıqlamada TRT-yə məxsus “Gənclər üçün jurnalistika” layihəsinin “Müxtəliflik və əhatə etmə mərkəzli təşəbbüsləri tanımaq” mükafatına layiq görüldüyü bildirilib.

TRT ingilis yayım qurumu “BBC”nin eyni kateqoriyadakı layihəsini gerida buraxıb zirvədə öz yerini aldı.

TRT-nin baş direktoru İbrahim Eren “Gənclər üçün jurnalistika layihəsi çərçivəsində sadəcə Türkiyədə deyil ölkədən kənarda da müxtəlif yerlərə gedib gənclərə jurnalistika üzrə dərslər keçən TRT-dəki bütün həmkarlarımı təbrik edirəm” deyib.

TRT ilə birlikdə mükafat qazananlar arasında Üzüklərin əfəndisindəki Qollum obrazını canlandıran məşhur aktyor Andy Serkis də vardı.

Gənclər üçün jurnalistika layihəsində indiyədək fərqli sosial qruplardan mindən artıq gəncə jurnalistika təhsili verildi.



Әlaqәli Xәbәrlәr