“TRT Muzik” kanalında “Qarabağda bayram var” konsert proqramı

“TRT Muzik” televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə “Qarabağda bayram var” devizi altında geniş konsert proqramı yayımlayıb.

1531592

Azərbaycan Prezident İlham Əliyevə məxsus tarixi “Qarabağ Azərbaycandır!” ifadəsi proqramın səhnə tərtibatının əsas görünüşündə əksini tapıb.

Aparıcı Azərbaycana və Qarabağa dair şeirlər söyləyib, hərb tarixində şərəf dastanı yaradan müzəffər Azərbaycan  Ordusunun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. Ölkənin işğal altındakı torpaqlarının düşməndən geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib.

Canlı yayımla nümayiş olunan konsertdə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.

Әlaqәli Xәbәrlәr