TRT-nin təşkil etdiyi Quran-i Kərimi Gözəl Oxuma yarışının final mərhələsi keçirilib

TRT tərəfindən 2017-ci ildən etibarən xüsusi olaraq Ramazan ayı üçün təşkil edilən Quran-i Kərimi Gözəl Oxuma yarışının final mərhələsi keçirilib.

1420563
TRT-nin təşkil etdiyi Quran-i Kərimi Gözəl Oxuma yarışının final mərhələsi keçirilib

Türkiyə Radio və Televiziya Qurumu (TRT) tərəfindən 2017-ci ildən etibarən xüsusi olaraq Ramazan ayı üçün təşkil edilən Quran-i Kərimi Gözəl Oxuma yarışının final mərhələsi keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan TRT tərəfindən 2017-ci ildən bəri xüsusi olaraq Ramazan ayı üçün təşkil edilən yarışmanın finalına videokonfransla qoşularaq iştirakçıları təbrik edib.

Ərdoğan çıxışında vurğulayıb ki, Qurani-Kərimi gözəl səsləndirmək, Quran ayı olan müqəddəs Ramazan ayının ən yaxşı əməllərindən biridir. Ərdoğan yarışda əməyi olan Din İşləri üzrə İdarənin başçısı Ali Erbaş və TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Erenə təşəkkür edib.

TRT-nin baş direktoru İbrahim Eren isə bildirib ki, sözügedən yarış 2017-ci ildə yayıma başladığı ilk gündən indiyədək hər il tamaşaçı sayı artan ən reytinqli proqramdır. Yarışmada Hüseyin Akbulut birinci, Muhammet Sizcan ikinci, Eyyüp Ensar Kılıç ise üçüncü yerə layiq görülüb. Qaliblər müxtəlif çəkili xalis qızılla mükafatlandırılıblar.



Әlaqәli Xәbәrlәr