“TRT Rusça” 24 maydan yayıma başladı

Türkiyə Radio Televiziya Qurumu – TRT yeni xəbər kanalı “TRT Rusça” ilə 24 maydan rəqəmsal platformalarda yayım həyatına başladı

1422893
“TRT Rusça” 24 maydan yayıma başladı

 

  Türkiyə Radio Televiziya Qurumu – TRT yeni xəbər kanalı “TRT Rusça” ilə 24 maydan rəqəmsal platformalarda yayım həyatına başladı.

  Türkiyənin səsini beynəlxalq ailəmə eşitdirən TRT xarici dillərdəki yayımlarını artırmağa və gücləndirməyə davam edir.

  TRT-nin radio və televiziya kanalları rəqəmsal platformaların beynəlxalq sahədə yürütdüyü uğurlu xəbərçilik yolu ilə gün-gündən inkişafa doğru gedir. Bu çərçivədə yayıma başlayan “TRT Rusça” müxtəlif süjetlər, məlumatlandırıcı hesabatlar və diqqəti cəlb edən videolar vasitəsilə rus dilində olan yayımlar arasında fərqlənməyi qarşısına məqsəd qoyub.

  Görüş müxtəlifliyinə əhəmiyyət verən, rusca danışan insanlara ünvanlanan “TRT Rusça” regional və qlobal əlaqələrdə məlumatlandırıcı və tarazlıqlayıcı mövqeyi ilə seçilməyi hədəfə alıb.

  “TRT Arabic”, “TRT World” və “TRT Deutsch”dan sonra “TRT Rusça”nın yayımlanmasıyla TRT dünya səviyyəsində təsirli bir media markası olma yolunda addımlarını irəliyə atmaqdadır.

  “TRT Rusça” paytaxt Moskva başda olmaqla, geniş bir coğrafiyada müxbirləri vasitəsilə bölgənin nəbzini tutmağa çalışacaq. Bu xəbər yayım platforması “YouTube”, “Facebook”, “Twitter”, “İnstagram” və “Telegram” kimi sosial şəbəkələrdən də rusca danışan və anlayan coğrafiyalara da yayılacaq.



Әlaqәli Xәbәrlәr