Turistləri heyran edən Harran

UNESCO-nun Dünya Mədəniyyət İrsi müvəqqəti siyahısında yer alan, dünyanın ən qədim yaşayış yerlərindən olan Türkiyənin Şanlıurfa vilayətinin Harran qəsəbəsində “Göbəklitəpə ili”nin də təsirilə fəallıq müşahidə olunur.

1188109
Turistləri heyran edən Harran
harran.jpg
harran urfa.jpg

UNESCO-nun Dünya Mədəniyyət İrsi müvəqqəti siyahısında yer alan, dünyanın ən qədim yaşayış yerlərindən olan Türkiyənin Şanlıurfa vilayətinin Harran qəsəbəsində “Göbəklitəpə ili”nin də təsirilə fəallıq müşahidə olunur.

Eradan əvvəl 6-cı min illərdən bu günə gəlib çıxan və bir dövr Asurilər və Əməvilərin paytaxt şəhəri olmuş Harran konus qübbəli evləri və tarixi məkanları ilə yanaşı regional libaslı insanları ilə də ziyarətçilərini mədəniyyət tarixinə aparır.

İlk İslam universitetinin qalıqları və Əməvilər dövrünə məxsus Ulu məscidilər hər il minlərlə yerli və xarici turisti qonaq edən tarixi qəsəbə turizm sezonunun başlaması ilə ziyarətçilərin axınına məruz qalır.

Yaydan əvvəl gözəl və sərin havanı fürsət kimi görüb, qəsəbəyə gələn xeyli sayda ziyarətçi həm Harran xalqının həm də turizmçilərin üzünü güldürdü.

Ziyarətçilər Harran qəsəbə mərkəzilə yanaşı şimaldakı Şuayip pəyğembərin yaşadığı və Hz. Musa ilə görüşdüyü məkan olduğu rəvayət edilən “Şuayip Antik şəhəri”lə yanaşı Bazda mağaraları, Xanəl-Barur karvansarayı və Soğmatar antik şəhərini də görmə imkanı tapırlar.

Qonaqlardan bəziləri Harran bölgəsini gəzəndən sonra bir müddət əvvəl çəkilən və “turizm yolu” kimi adlandırılan marşrut sayəsində Mardinə də kəsə yoldan çatırlar.



Әlaqәli Xәbәrlәr