Türkiyədə yaşayan suriyalı qadınların əl işləri Londonda nümayiş olundu

Türkiyənin dəstəyi ilə London Moda Həftəsində edilən xüsusi təqdimatın videosunu sosial media hesabından paylaşan Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fahrettin Altun bu barədə deyib...

1146854
Türkiyədə yaşayan suriyalı qadınların əl işləri Londonda nümayiş olundu

  Dünyada humanitar yardım edən ölkələr sırasında birinci yeri tutan Türkiyə bu sahədəki liderliyinə yeni bir ilki də əlavə etdi: ölkəyə sığınan və burada yaşayan suriyalı qadınların tikdikləri geyimləri İngiltərənin paytaxtı Londonda nümayişə çıxardı.

  Türkiyənin dəstəyi ilə London Moda Həftəsində edilən xüsusi təqdimatın videosunu sosial media hesabından paylaşan Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fahrettin Altun bu barədə deyib: “Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən və məzlumlara ümid verən bir ölkədir.”

  Tədbirlə bağlı Türkiyənin İngiltərədəki səfiri Umut Yalçın da bu sözləri deyib:  

  “Türkiyə təşəbbüskar və humanitar siyasətin uğurlu əksidir. Buna görə hamımız qürur duyuruq. Ölkəmizin humanitar üzünü bu həftə Londonda da göstərdik.”

  Qeyd edək ki, suriyalı qadınlar İstanbulda təşkil edilən atelyedə moda dizayneri Zeynep Kartalın başçılığı ilə birlikdə çalışıblar.



Әlaqәli Xәbәrlәr