Türkiyәli rejissor İtaliyanın әn nüfuzlu mükafatına layiq görülüb

İtaliyada yaşayan türkiyәli  rejissor Ferzan Özpetek  İtalya kinomatoqrafiyasının nüfuzlu FICE mükafatına layiq görülüb.

1497087
Türkiyәli rejissor İtaliyanın әn nüfuzlu mükafatına layiq görülüb

 

 

İtaliyada yaşayan türkiyәli  rejissor Ferzan Özpetek  İtalya kinomatoqrafiyasının nüfuzlu FICE mükafatına layiq görülüb.

İtaliyanın aparıcı kino tənqidçiləri və yazıçıları tərəfindən qurulan İtaliya  Sənət və Eksperimental Kinomatoqrafiya  Federasiyası  bu ilki mükafatını türkәli rejissor Ferzan Özpetekə verəcəyini açıqlayıb.

Özpeteyin  xüsusilә   son olaraq çәkdiyi   "Uğur Tanrıçası’’ (La Dea Fortuna) filmi başda olmaqla karyerası әrzindә qәlәmә aldığı ssenarilər nәticәsindә  mükafata layiq görüldüyü bildirilib.

Rejissor Özpetek  mükafatın İtalya konomatoqrafiyasının әn nüfuzlu  mükafatlardan biri olduğunu ifadә edib.

‘‘Çox әhәmiyyәtli mükafatdır. Bu mükafata layiq görüşdüyüm üçün çox şadam’’,-deyә Ferzan Özpetek bildirib.

Özpetek 5-8 oktyabr tarixlərində Mantova şəhərində keçiriləcək kino tәdbirlәrinә qatılacağını vә oktyabrın 7-dә baş tutacaq  mükafat mərasimində iştirak edəcəyini bildirib.

Qeyd edәk ki, Özpetek sentyabrın әvvәlindә  77-ci  Beynəlxalq Venesiya Film Festivalı çərçivəsində keçirilən tədbirdə İtaliya Yazıçılar Birliyinin (SIAE) "Xüsusi Mükafatı" na da  layiq görülmüşdü.

 

 



Әlaqәli Xәbәrlәr