Türkiyə-Malayziya-Pakistan üçlüyünün quracağı televiziya kanalı

Pakistanın baş naziri İmran Xan Türkiyə-Malayziya-Pakistan üçlüyünün quracağı kanalın ingilis “BBC” televiziya kanalına oxşacağını söylədi.

1279036
Türkiyə-Malayziya-Pakistan üçlüyünün quracağı televiziya kanalı

Pakistanın baş naziri İmran Xan Türkiyə-Malayziya-Pakistan üçlüyünün quracağı kanalın ingilis “BBC” televiziya kanalına oxşacağını söylədi.

Sosial şəbəkə hesabından prezident Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Mahathir Məhəmmədlə çəkilmiş şəklini paylaşan Xan üç liderin razılıq əldə etdiyi televiziya kanalı barədə məlumat verdi.

İmran Xan kanalda müsəlmanlarla əlaqədar mövzuların yer alacağını bildirərək, “Yığıncaqda müsəlmanların problemləri vurğulandı, bununla yanaşı İslamafobiya ilə də mübarizəyə dair verilişlər olacaq” ifadələrini işlətdi.

Xan keçən həftə üç liderin ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş Məclisinin iclası çərçivəsindəki görüşdən sonra birgə televiziya kanalı qurma qərarı qəbul edildiyini açıqlamışdı.

İslam barəsində bilinən səhvləri düzəltmək və İslamafobiya ilə mübarizə aparmaq üçün qurulacaq kanalın müsəlmanlara xüsusi bir media kanalı olacağını da söyləyən Xan BMT-nin Baş Məclisindəki çıxışı və Ərdoğan ilə keçirdikləri İslamafobiya mövzulu yığıncaqda da mövzuya dair mesajlarını dünya ilə bölüşmüşdü.



Әlaqәli Xәbәrlәr