Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə

Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində “Global Apparel Sourcing Expo 2020” sərgisində ixracatını artırmaq üçün işlərə başladı

1449385
Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə

 

  Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində “Global Apparel Sourcing Expo 2020” sərgisində ixracatını artırmaq üçün işlərə başladı.

  Egey Hazır Geyim və Kolleksiya İxracatçıları Birliyi (Ege Hazırgiyim ve Konfeksiyon İhracatçıları Birliği) rəhbəri Burak Sertbaş sözügedən mövzu ilə bağlı deyib: “Covid-19” dövründə fiziki sərgiləri hələ uzun müddət reallaşdırmaq mümkün görünmür. Ona görə bu müddət boyu ixrac məhsullarını satışa çıxarmaq üçün rəqəmsal sərgilər vacib olub. “Global Apparel Sourcing Expo 2020” sərgisinə 120-dən çox ölkədən 15 min alıcının iştirakını təmin edəcəyik. Birliyin üzvləri artıq işə başlayıb. İxracatçılarımızla tədarükçülərimizi bu sərgidə rəqəmsal mühitdə görüşdürəcəyik. Qeyd edim ki, Türkiyənin iyun ayındakı hazır geyim ixracatı 25 faizlik artımla 1 milyard 353 milyon dollara, Egey Hazır Geyim və Kolleksiya İxracatçıları Birliyinin isə eyni dövr üçün ixracatı 29 faizlik artımla 104,2 milyon dollara çıxıb. “Global Apparel Sourcing Expo 2020” sərgisi ixracatçı firmalarımıza yeni əlaqələr üçün fürsətlər təqdim edəcək."



Әlaqәli Xәbәrlәr