Türkiyə "Moskva beynəlxalq film festivalı"nda

Türkiyənin “şərəf qonağı ölkə” qismində iştirak etdiyi 41-ci Beynəlxalq Moskva film festivalı  Rusiyada start götürdü.

1186640
Türkiyə "Moskva beynəlxalq film festivalı"nda

Türkiyənin “şərəf qonağı ölkə” qismində iştirak etdiyi 41-ci Beynəlxalq Moskva film festivalı  Rusiyada start götürdü.

Türkiyə-Rusiya Qarşılıqlı Mədəniyyət və Turizm ili çərçivəsində keçirilən festivalın açılışına görə paytaxt Moskvadakı Rusiya teatrında mərasim keçirilib.

Mərasimdə Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiy, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhmət Haluk Dursun, Türkiyənin Moskva səfiri Mehmət Samsar, sənətçilər və sənətsevənlər iştirak edib.

Müxtəlif ölkələrlə yanaşı Türkiyə filmlərinin də nümayişə qoyulacağı və aprelin 25-də başa çatacaq festivalda münsiflər heyəti üzvləri arasında rejissor Səmih Kaplanoğlu da yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin Kinoteatr üzrə müdiri Erkin Yılmaz Türkiyənin Türkiyə-Rusiya Qarşılıqlı Mədəniyət və Turizm İli çərçivəsində festivala “şərəf qonağı ölkə” olaraq qatıldığını vurğulayaraq, “Türkiyə və Rusiya arasındakı iqtisadi və siyasi əlaqələrin, mədəniyyət mənasında bu festivalla inkiyaf etdirilməsindən məmnuniyyət duyuruq” deyib.

Festivalın ana yarışmasında dünya premyerası keçiriləcək “Kapan” (Tələ) filminin rejissoru Seyid Çolak isə filmin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəkləndiyini və TRT-nin birgə layihəsi olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr