Türkiyə nəşriyyat sektoru Almaniya Beynəlxalq Frankfurt Kitab Sərgisində

Türkiyə Mədəniyyət Nazirliyindən verilən yazılı məlumata görə...

1288525
Türkiyə nəşriyyat sektoru Almaniya Beynəlxalq Frankfurt Kitab Sərgisində

 

  Türkiyə nəşriyyat sektoru dünyanın mühüm nəşriyyat görüşlərinin olduğu Almaniyadakı Beynəlxalq Frankfurt Kitab Sərgisinə bu il Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə zəngin məzmunla qatılıb.

  Türkiyə Mədəniyyət Nazirliyindən verilən yazılı məlumata görə, ölkənin 28 nəşriyyat nümayəndələrinin iştirakıyla 16-20 oktyabr tarixlərində olan sərgidə Türkiyənin nəşriyyat sektorunun məqsədi xaricə açılma, sektor genişlənməsi və müəllif haqlarının qorunmasına qatqı təmin etməkdir.

  Beynəlxalq Frankfurt Kitab Sərgisinin Türkiyə stendində uşaq və gənclik nəşriyyatçıları görüşür. Bundan başqa, "Arxeologiya və ədəbiyyat: Göbeklitepe - dünya tarixini dəyişdirən görüş" başlıqlı paneldə yazıcı Cəlal Zeynioğlu, professor Necmi Karul və yazıcı Yonca Eldener var.

  Türkiyə milli stendində "Göbeklitepe - tarixin sıfır nöqtəsi" adlı fotoşəkil sərgisi də gələnlərə təqdim edilir.

  Türkiyənin mədəniyyət və ədəbiyyatını tanıtmaq, nəşriyyat imkanlarını təqdim etmək üçün Türkiyə milli stendində təxminən 13 min əsər var.



Әlaqәli Xәbәrlәr