TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək

Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.

1273324
TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək

Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.

TÜRKSOY-un katibliyindən verilən məlumata görə, budəfəki Opera Günləri Şimali Kıbrıs Türk Cümhuriyyətinin Girnə və İstanbuda keçiriləcək.

Açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kıbrıs Türk Cümhuriyyəti Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub. Şimali Kıbrıs Türk Cümhuriyyəti Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçiriləcək rəsmi mərasimin iştirakçılarına nazir Nazim Çavuşoğlu tərəfindən dəvətlər göndərilib. Bildirilir ki, Opera Günlərində 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.



Әlaqәli Xәbәrlәr