TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesindədir.

1266442
TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edib.

Bu günə qədər 10 fərqli ölkədə 100-ə yaxın sənətçini bir araya gətirən TÜRKSOY Gənclik Kamera Orkestri Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Şotlandiya və Balkan ölkələrində 60-a yaxın konsert verib. TÜRKSOY Gənclik Kamera Orkestri müxtəlif qitələrdə həyata keçirilən bu konsertlərlə türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıları heyran edib.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.



Әlaqәli Xәbәrlәr