Uskufinin Türk-Bosniya lüğəti yenidən nəşr olundu

Bosniyalı alim Muhammed Hevai Uskufi tərəfindən 1631-ci ildə yazılmış və ilk Türk-Bosniya lüğəti olaraq qəbul edilən "Makbul-i Arif" İstanbul Tuzla Bələdiyyəsi tərəfindən təkrar nəşr olunaraq Bosniya və Herseqovinanın Tuzla Bələdiyyəsinə təqdim edildi.

1271853
Uskufinin Türk-Bosniya lüğəti yenidən nəşr olundu

Tuzla bələdiyyələri arasında "İki Tuzla Qardaşlığı Layihəsi" çərçivəsində 3 min cild cap edilən lügətin 2 min cildi Bosniya və Herseqovinanın Tuzla Bələdiyyəsinə təhvil verildi.

Həmin münasibətlə Tuzla şəhərindəki bələdiyyə binasında təşkil edilən tədbirdə Türkiyənin Sarayevo səfiri Haldun Koç, Türkiyənin Tuzla şəhəri icra hakimiyyət başçısı Əli Akça, Tuzla Bələdiyyə Başçısı Dr. Şadi Yazıcı, Tuzla polis idarəsinin müdiri Müslim Kahraman və Tuzla Milli Təhsil Müdiri Əhməd Əlireisoğlu iştirak etdi.

Səfir Koç tədbirdə etdiyi çıxışında layihənin iki ölkə arasındakı güclü və keçmişə əsaslanan tarixi və mədəni əlaqələrin göstəricisi olduğunu vurğuladı.

 



Әlaqәli Xәbәrlәr