“Vətən mövzulu şeirlər antalogiyası” və "Fantasmaqoria"

TÜRKSOY-da Türkiyə İLESAM-ın təşəbbüsü ilə “Vətən mövzulu şeirlər antalogiyası” və "Fantasmaqoria" (“Vatan Konulu Şiirler Antolojisi" və "Fantasmagoria") kitablarının təqdimat mərasimi keçirildi.

1302285
“Vətən mövzulu şeirlər antalogiyası” və "Fantasmaqoria"
Vətən şeirləri antologiyası_01.jpg
Vətən şeirləri antologiyası_02.jpg
Vətən şeirləri antologiyası_03.jpg
Vətən şeirləri antologiyası_04.jpg
Vətən şeirləri antologiyası_05.jpg

 

  Noyabrın 6-da Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-da Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Peşə Birliyinin (İLESAM) təşəbbüsü ilə “Vətən mövzulu şeirlər antalogiyası” və "Fantasmaqoria" (“Vatan Konulu Şiirler Antolojisi" və "Fantasmagoria") kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdə TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Mədəniyyət Nazirliyinin qurumdakı təmsilçisi Elçin Qafarlı, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Azərbaycan və Qazaxıstanın Türkiyədəki diplomatik nümayəndələri, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan şairləri, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də mətbuat təmsilçiləri iştirak edirdilər.

  Açılış nitqi ilə çıxış edən İLESAM-ın sədri Mehmet Nuri Parmaksız kitabların türk dünyası, eləcə də Azərbaycan-Türkiyə üçün əhəmiyyətindən danışaraq bunları söylədi:

  “İLESAM və Azərbaycan Yazıçılar Birliyinin birgə əməkdaşlığı ilə hazırlanan “Vətən mövzulu şeirlər antalogiyası”nda Azərbaycan və Türkiyədən birlikdə 100 şairin şeiri iki dildə -Türkiyə türkcəsi və ingiliscə təqdim olunur. Millətlərin və insanların həyatında önəmli dəyərlər var: vətən, bayraq, azadlıq, namus, din, dil, mədəniyyət və s. Vətən olmadan digər dəyərlərin mənası da yoxdur. Bu baxımdan “Vətən mövzulu şeirlər antalogiyası” dili, dini, mədəniyyəti və düşüncəsi bir olan Türkiyə və Azərbaycanın - iki qardaş ölkənin dostluq və qardaşlığını daha yaxınlaşdıran bir kitabdır.

  Bu cür antologiyaları Özbəkistan və Balkanlarla da hazırlamaq istəyirik”.  

  Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Elçin Allahverdiyev isə öz çıxışında tədbirin əhəmiyyətinə toxundu və bildirdi:

  “İnsan həyatında ən önəmli məqamlardan biri kitab oxumaqdır. Bu baxımdan TÜRKSOY və İLESAM-a təşəkkürlərimizi çatdırırıq.

  Azərbaycan-Türkiyə əlaqələrinin tarixi və bu günü, siyasi və iqtisadi sahədə baş verən son hadisələr iki ölkə arasında mövcud münasibətlərin daha da yaxşılaşmasına xidmət edir.”

  Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza da çıxış edərək bu sözləri söylədi:

  “İLESAM-ın türk dünyasındakı yeri və əhəmiyyəti böyükdür. Getdikcə daha önəmli yerlərdən birinə sahib olan qurum yalnız Türkiyənin deyil, ümumtürk dünyasının məslək birliyidir.

  İLESAM-ın qarşıda önəmli layihələri var. Bunlardan biri “Vətən mövzulu şeirlər antalogiyası”nın eynisini Azərbaycanda yayınlamaqdır”.

  "Fantasmagoria" kitabının yazarı Akberen Elgezik isə son illər türk dünyasında inkişaf edən ədəbi əlaqələrdən bəhs etdi və müəllifi olduğu əsərlə bağlı gələnləri məlumatlandırdı.  

  Tədbirin bədii hissəsindən sonra qonaqlara kitablar təqdim olundu, şəkil çəkildi.



Әlaqәli Xәbәrlәr