Varşavada Türkiyə Filmləri Festivalına start verildi
Türkiyənin Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə keçirilən Türkiyə Filmləri Festivalı Polşanın paytaxtı Varşavada “Ahlat ağacı” kinosunun nümayişi ilə başlayıb
Türkiyənin Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə keçirilən Türkiyə Filmləri Festivalı Polşanın paytaxtı Varşavada “Ahlat ağacı” kinosunun nümayişi ilə başlayıb.
Tanınmış rejissor Nuri Bilge Ceylanın fəxri dəvətli olaraq iştirak etdiyi festivalın “Ziote Tarasy” kinoteatrında təşkil edilən açılış mərasimində nümayiş etdirilən “Ahlat ağacı” kinofilminə kinosevərlər böyük maraq göstərib.
Festival çərçivəsində “Bizim üçün çempion”, “Sevgi”, “Faydalı bir şey”, “Ömər və biz”, “Yaxşımıyız” filmləriylə yanaşı, türk kinosunun unudulmaz əsəri “Səlvi boylum, Al yazmalım” filmi də kinosevərlərə təqdim olunacaq.
Rejisor Nuri Bilgə Ceylan festivalın “usta-klass” bölməsində təcrübələrini kinosevərlərlə bölüşəcək.
Festival dekabrın 2-dək davam edəcək.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...
Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.