Vaşinqton ənənəvi Türk festivalına ev sahibliyi etdi

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda təşkil edilən və minlərlə türkün qatıldığı 17-ci Ənənəvi Türk Festivalı böyük maraq gördü.

1278620
Vaşinqton ənənəvi Türk festivalına ev sahibliyi etdi

Pensilvaniya prospektindəki Freedom Plaza-da təşkil edilən festivalda türk mədəniyyətinin və mətbəxinin yaddaşda qalan nümunələri təqdim edildi. Vaşinqton Türk-Amerikan Dərnəyinin (ATA-DC) təşkilatçılığında keçirilən festivalda Türkiyədən qatılan rəqs və folklor qruplarının sərgilədikləri oyunlar izləyəciləri məst etdi. Ənənəvi geyimləriylə hünərlərini sərgiləyən rəqs qrupu ayaqda alqışlandı. Hacivat və Qaragöz oyunu da maraqla izlənildi.

Festival çərçivəsində açılan sərgidə Osmanlı-Türk mədəniyyətini əks etdirən Türk xalçaları, ənənəvi Osmanlı geyimləri və çini qablar nümayiş etdirildi. İştirakçılara türk mətbəxindən nümunələr təqdim edildi. Regionda yaşayan türklərlə yanaşı fərqli millətlərdən olan qonaqlar, xüsusən də amerikalılar festivala böyük maraq göstərdilər.

 



Әlaqәli Xәbәrlәr