Yeni bir dövr açan Osmanlı padşahının bu rəsmi ilk dəfə nümayiş olunacaq

Milli Saraylar Rəsm Muzeyinin əməkdaşı və sənət tarixçisi Gülsən Kaya məlumat verib ki...

1441086
Yeni bir dövr açan Osmanlı padşahının bu rəsmi ilk dəfə nümayiş olunacaq

 

  İstanbul fəthiylə yeni bir dövr açan Osmanlı padşahı Fateh Sultan Mehmetin rəssam Xəlil Paşa tərəfindən XX əsrdə çəkilən portreti Milli Saraylar Rəsm Muzeyində payızda açılacaq sərgidə ilk dəfə sənətsevərlərə təqdim ediləcək.

  Türkiyənin ən zəngin tablo kolleksiyasına malik Cumhurbaşkanlığı (Prezident Aparatı) Milli Saraylar İdarəsində Fateh Sultan Mehmetə aid 5 portretin də olduğu kolleksiya sənətsevərlərilə görüşəcək.

  Milli Saraylar Rəsm Muzeyinin əməkdaşı və sənət tarixçisi Gülsən Kaya məlumat verib ki, ilk dəfə təqdim ediləcək Fateh Sultan Mehmetin portretini Sultan Vahdəddinin qızı Ruqiyə sultanın həyat yoldaşı Şərif Əbdülməcid türk rəssam Xəlil Paşaya sifariş verib və bu şəkil 20-ci əsrə aid olduğu üçün daha maraqlıdır”.



Әlaqәli Xәbәrlәr