YTB birinci nəsil qürbətçilərin təcrübələrini gələcək nəsillərə çatdıracaq

YTB-nin verdiyi açıqlamada xaricdəki vətəndaşlar xatirələrini video çəkilişləri ilə qeyd etməyə çağrılıb.

1495991
YTB birinci nəsil qürbətçilərin təcrübələrini gələcək nəsillərə çatdıracaq

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) gürbətçi vətəndaşları təcrübələrini və yaşadıqlarını gələcək nəsillərə çatdırmaq üçün "İnsan Xəzinələri Seriyası - Birinci Nəsil Hekayələrinə Çağırış" ilə videoçarx hazırlamağa dəvət edib. 
YTB-nin verdiyi açıqlamada xaricdəki vətəndaşlar xatirələrini video çəkilişləri ilə qeyd etməyə çağrılıb.
Açıqlamada "İnsan Xəzinələri Seriyası - Birinci Nəsil Hekayələrinə Çağırış" ilə 1961-1975-ci illər arasında vətənlərini, ailələrini və yaxınlarından ayrılıb qürbət yoluna düşən əmək köçü qəhrəmanlarının hekayələrinin gələcək nəsillərə köçürüləcəyi bildirilərək, qəbul edilən müraciətlər arasında ən bəyənilən hekayələre mükafat veriləcəyi qeyd olunub. 
YTB-nin açıqlamasında bu ifadələr yer alıb:
"Yaş məhdudiyyəti olmayan və bütün dünyaya açıq olan müraciətlər 'sozlutarih@ytb.gov.tr' elektron poçt ünvanı ilə qəbul ediləcək və hekayə və çəkiliş detalları haqqında məlumat www.ytb.gov.tr -dəki ünvanda yer alan şərtnamədən əldə ediləcək. 1961-1975-ci illər arasında Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Avstraliya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İngiltərə, İsveç, İsveçrə, Kanada və ya Norveçə köç edən birinci nəsil bir immiqrantın hekayəsinin video çəkilişinin hazırlanması istənir.  Münsiflər heyətinin dəyərləndirməsindən sonra seçilən hekayələrə 4 min lirə pul mükafatı veriləcək. Proqrama müraciət üçün son tarix 31 dekabr 2020-ci il tarixidir".



Әlaqәli Xәbәrlәr