YTB media müsabiqəsi elan edir

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) departamentinin yaranmasının 10 illiyi münasibətilə "Türk diasporası media mükafatları"nı (Türk Diasporası Medya Ödülleri) müsabiqəsi elan edir

1409425
YTB media müsabiqəsi elan edir

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) departamentinin yaranmasının 10 illiyi münasibətilə "Türk diasporası media mükafatları"nı (Türk Diasporası Medya Ödülleri) müsabiqəsi elan edir.

  YTB-nin verdiyi yazılı açıqlamaya görə, müsabiqə xaricdə media sektoru ilə maraqlanan gənc istedadları ortaya çıxarmaq, orijinal və dəyərli yazıları ictimaiyyətlə bölüşmək məqsədi daşıyır.

  Xaricdə ən az 7 il yaşayan, yarışda iştirak etmək istəyən, 18-45 yaş arası Türkiyə vətəndaşı olan və mavi karta sahib şəxslər 17 avqusta qədər imzalı olmaqla başvuru.ytb.gov.tr adresinə müraciət etməlidir.

  Texniki şərtlər və müsabiqə haqqında ətraflı məlumat www.ytb.gov.tr saytında mövcuddur.

  Müsabiqədə bütün kateqoriyalar üzrə ilk 10-luğa daxil olan 50 namizədə ayrıntıları sonradan elan ediləcək Diaspor Media Akademiyasında pulsuz iştirak imkanı veriləcək.

  Müsabiqənin birinci yer qaliblərinə

1)   qısametrajlı filmlər kateqoriyası üzrə ilk mükafat 25 min lirə,

2)   ssenari üzrə 15 min lirə,

3)   fayl xəbərləri, yeni media və fotoqrafiya kateqoriyaları üzrə isə 10 min lirə təyin olunub.

  İkinci və üçüncü yerləri qazanan namizədlərə də pul mükafatları veriləcək



Әlaqәli Xәbәrlәr