YTB “Müsəlman dünyasında çağdaş düşüncə” adlı kitab toplusu hazırlayıb

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) “Müsəlman dünyasında çağdaş düşüncə” adlı kitab toplusu hazırlayıb.

1420570
YTB “Müsəlman dünyasında çağdaş düşüncə” adlı kitab toplusu hazırlayıb

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) “Müsəlman dünyasında çağdaş düşüncə” adlı kitab toplusu hazırlayıb.

Dosent Dr. Lütfi Sunarın redaktorluğu ilə, 8 ölkədən 42 tədqiqatçının iştirakı ilə hazırlanan nəşr, Türkiyə, İran, Misir və Hindistan yarımadasını da əhatə etməklə 4 cilddən ibarətdir. Hər cildi 12 fəsildən ibarət olan kitabların giriş hissələrində, aidiyyəti ölkənin son dövr ədəbi həyatı əksini tapıb.

Kitablara əlavə edilmiş ədəbi həyatın xronoloji ardıcıllığı ilə son iki əsrdəki elmi, ədəbi, eləcə də texniki inkişaf və hadisələr təqdim olunur. Fəsillər arasında qısa tərcümeyi-hal və qurumun tanıdılması ilə bağlı yazıları da özündə birləşdirən kitab toplusunda cəmiyyətlərin ortaq tarixi, mədəniyyəti və coğrafiyası ilə bugünkü ədəbi quruluşlar sistemli şəkildə araşdırılır.

Əsər, elmi, ədəbi və texniki inkişafın sürətləndiyi bir vaxtda müsəlman cəmiyyətlərinin düşüncəsini anlamaq baxımından da əhəmiyyətlidir. Nəşrin ingilis dili versiyasının beynəlxalq aləmdəki oxuculara təqdim edilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr