YTB-nin “Memleketim” adlı jurnalı yenidən nəşr olundu

YTB-nin 3 ayda bir dəfə nəşr olunan “Memleketim” adlı jurnalı, “Güclü Diaspora Güclü Türkiyə” başlığı ilə yenidən yayıma başlayıb.

1407493
YTB-nin “Memleketim” adlı jurnalı yenidən nəşr olundu

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin 3 ayda bir dəfə nəşr olunan “Memleketim” adlı jurnalı, “Güclü Diaspora Güclü Türkiyə” başlığı ilə yenidən yayıma başlayıb.
İdarənin rəhbəri Abdullah Eren məsələ ilə əlaqədar şəxsi "twitter"dəki hesabından yaydığı açıqlamada jurnalın nəşrə başlamasını “Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin 10-cu ildönümü sürprizi” kimi dəyərləndirib.
Eren jurnalın İdarənin yaranmasının 10-cu ildönümünə ithaf olunan ilk sayının “Güclü Diaspora Güclü Türkiyə” başlığı ilə nəşr ediləcəyini vurğulayaraq, “Diasporamızdan könül coğrafiyamıza zəngin məzmunla ərsəyə gətirdiyimiz “Memleketim” jurnalı nəşrə başladı. Dünyamıza xeyirli olsun! Əməyi keçən bütün dostlarıma təşəkkürlər”-deyə bildirib.
Jurnalı Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin internet saytından (http://ytb.gov.tr/edergi) əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr