2020-ci ilin ən yaxşı futbolçusu

“Ajax Club”dan verilən məlumata görə...

1418443
2020-ci ilin ən yaxşı futbolçusu

 

  Hollandiya 1-ci Futbol Liqasının (Eredivisie) komandalarından olan "Ayaks"ın (Ajax) mərakeşli oyunçusu Hakim Ziyech ardıcıl olaraq 3-cü dəfə “İlin ən yaxşı futbolçusu” seçildi.

  “Ajax Club”dan verilən məlumata görə, 27 yaşlı Hakim Ziyech mükafatını qrupun rəhbəri Fabian Naqtzaamdan təhvil alıb.

  Qeyd edək ki, 2016-cı ildə Hollandiya yığmasına qatılan Ziyech oynadığı 165 oyunda 48 qol vurub.

  İngiltərə Premyer Liqasının "Çelsi" (Chelsia) komandası növbəti mövsüm üçün Hakim Ziyechi 44 milyon avroya transfer edib.



Әlaqәli Xәbәrlәr