4-cü Beynəlxalq Köçəri Oyunları 2021-ci ilədək təxirə salındı

Bu il Türkiyədə keçirilməsi planlaşdırılan 4-cü Beynəlxalq Köçəri Oyunları yeni növ koronavirus (Covid-19) səbəbindən növbəti ilədək təxirə salınıb.

1418030
4-cü Beynəlxalq Köçəri Oyunları 2021-ci ilədək təxirə salındı

Bu il Türkiyədə keçirilməsi planlaşdırılan 4-cü Beynəlxalq Köçəri Oyunları yeni növ koronavirus (Covid-19) səbəbindən növbəti ilədək təxirə salınıb.

Türk Şurasının baş katibi Bağdad Amreyev, yazılı açıqlamasında Beynəlxalq Köçəri Oyunlarının indiyədək 3 dəfə təşkil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, türkdilli ölkələrin və xalqların mədəni irsini təmsil edən, misilsiz və birləşdirici olması ilə seçilən oyunlar dünyanın dörd bir tərəfindən minlərlə idmançı, tamaşaçı və ali səviyyəli dövlət rəsmilərini bir araya gətirir. Ənənəvi idman növlərini özündə birləşdirən oyunlar, ayrı-ayrı icmaları bir bayraq altında birləşdirib, idmanın bənzərsiz gücünü əks etdirərək fövqəladə bir müxtəliflik və mədəniyyətlərarası dialoq platforması yaradır.

Amreyevin sözlərinə görə, yarış türkdilli xalqların qədim mədəniyyət və adət-ənənələrinin dünyaya tanıdılmasında da önəmli rola malikdir.

Amreyev, Katibliklə üzv ölkələrin birgə həyata keçirdiyi hazırlıqlara baxmayaraq, 4-cü Beynəlxalq Köçəri Oyunlarının bütün dünyanı cənginə alan "Covid-19" virusu səbəbindən 2021-ci ilədək təxirə salınmasının məcburiyyətdən irəli gəldiyini bildirib.

O qeyd edib ki, oyunlar gələn il Türkiyədə Türkdilli dövlətlər və xalqların ortaq irsinə layiq şəkildə və idmançılarla yanaşı, yarışa qatılan hər kəsin sağlamlığına zəmanət verəcək mühitdə təşkil olunacaq.



Әlaqәli Xәbәrlәr