AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib

Yeni növ koronavirüs (Covid-19) infeksiyası səbəbindən təxirə salınan AVRO-2020 Futbol Çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

1527079
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib

Yeni növ koronavirüs (Covid-19) infeksiyası səbəbindən təxirə salınan AVRO-2020 Futbol Çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Futbol komandalarının adları AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya



Әlaqәli Xәbәrlәr