Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

Gecənin daha böyük maraq doğuran cavab matçında "Napoli" "Arsenal"la qarşılaşıb.

1186389
Avropa Liqasında yarımfinalçılar müəyyənləşib
2019-04-18T194527Z_1822148534_RC12B017DEF0_RTRMADP_3_SOCCER-EUROPA-VAL-VIL.JPG
2019-04-18T195130Z_1265135370_RC14AE3D4800_RTRMADP_3_SOCCER-EUROPA-SGE-SLB.JPG
2019-04-18T210228Z_1174764484_RC1966B2B3C0_RTRMADP_3_SOCCER-EUROPA-CHE-SLP.JPG

Londondan 0-2 hesablı məğlubiyyətlə dönən neapollular bu dəfə də məğlub olublar. 

Praqada "Slaviya"nı 1 cavabsız qolla üstələyən "Çelsi" doğma arenada da üstünlüyü qoruyub. 

İlk oyunda "Benfika"ya 2-4 hesabı ilə uduzan "Ayntraxt" Frankfurtda 2:0 hesablı qələbə ilə mərhələ adlayıb. 

Gecənin İspaniya duelində isə, "Valensiya" "Vilyarreal" üzərindəki 3:1 hesablı qələbənin təsadüfi olmadığını sübut edib. 

Avropa Liqası 1/4 final, cavab oyunları

18 aprel

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:1

Qol: Aleksander Lyakazett, 36. İlk oyun - 0:2 

Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya) 2:0

Qollar: Antonio Latorre, 17 (1:0), Daniel Parexo, 54 (2:0). İlk oyun - 3:1 

“Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) 2:0

Qol: Filip Kostiç, 37 (1:0), Sebastyan Rode, 67 (2:0). İlk oyun - 2:4 

“Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) 4:3

Qollar: Pedro, 5 (1:0), Simon Deli, 10 (2:0), Olivie Jiru, 17 (3:0), Tomaş Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Şevçik, 51 (4:2), 55 (4:3).
İlk oyun - 1:0 

 

 

 



Әlaqәli Xәbәrlәr