Ayşə Çağırır finala vəsiqə qazandı

Qadınlar arasında boks üzrə dünya çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan milli boksçu Ayşə Çağırır argentinalı Aldana Florensiya Lopezə qalib gələrək finala yüksəlib.

1828991
Ayşə Çağırır finala vəsiqə qazandı

Türkiyənin  ev sahibliyində Başakşehir Gənclik və İdman Təsislərində keçirilən çempionatın 9-cu günündə milli boksçu Ayşə Çağrıır 48 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. İlk mərhələdə Özbəkistanlı Marjona Savrieva, ikinci mərhələdə fransalı Rim Bennamaya, 1/4 finalda britaniyalı Demi-Jade Resztanı məğlub edən milli boksçu yarımfinalda argentinalı Aldana Florensiya Lopezlə üz-üzə gəlib. Qarşılaşmaya inamla başlayan Ayşə  4-1 hesabı ilə qalib gələrək finala yüksəlib.

 

 



Әlaqәli Xәbәrlәr