Azərbaycan 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verdi

AGF 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verib

1386793
Azərbaycan 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verdi

 

  Azərbaycan Gimnastika Federasiyasının (AGF) “instagram” səhifəsində 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verilib.

  AGF-nin bildirdiyinə görə bu növ məşqlər şənbə və bazar günləri istisna olmaqla, hər gün Bakı vaxtı ilə saat 11:00-da təqdim olunacaq.

  Hərəkətləri gimnastika növləri üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandalarının gimnastları, məşqçiləri, fizioterapevt və ümumi fiziki hazırlıq üzrə mütəxəssislər nümayiş etdirəcəklər.

  Uşaqlardan yaşlı insanlaradək hamı üçün faydalı olan bu hərəkətlər gün boyu səhər gimnastikasında iştirak edənlərə gümrah olmaqda kömək edəcək.



Әlaqәli Xәbәrlәr