Azərbaycan şahmatçıları olimpiadanın qalibi oldu

Çorum şəhərinin ev sahibliyi etdiyi 16 yaşadək olanlar  arasında   şahmat Olimpiadası sona çatdı.

1301449
Azərbaycan şahmatçıları olimpiadanın qalibi oldu

Tədbirdə 38 ölkədən 235 idmançı iştirak etdi.

29 oktyabrda  start  verilən olimpiadanın  qalibi   Azərbaycan  oldu.  Müsabiqəni  ikinci  sırada  tamamlayan Özbəkistanı  Belarus  izlədi.

 Olimpiadanın  bağlanış  mərasiminə   qatılan Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim özünü doğma şəhərində olduğu kimi hiss etdiyini bildirib.  Mərasimdə  çıxışlardan  sonra  idmancılara protokol üzvləri tərəfindən mükafatlar verildi.



Әlaqәli Xәbәrlәr