Azərbaycanlı şahmatçı rapid növü üzrə onlayn Avropa çempionatının qalibi oldu

Azərbaycanlı şahmatçı rapid növü üzrə onlayn Avropa çempionatının qalibi olub

1423241
Azərbaycanlı şahmatçı rapid növü üzrə onlayn Avropa çempionatının qalibi oldu

 

  Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb.

  Azertac informasiya agentliyinin məlumatına görə, C qrupunun finalında 8 turdan 7 xal toplayan E.Mehtiyev birinci yeri tutub. Onunla eyni xalı toplayan iki şahmatçı – polşalı Marek Pniaczek və rumıniyalı Sebastian-Ionut Pavel əlavə göstəricilərə görə sonrakı iki pillələrdə qərarlaşıblar.

  Qeyd edək ki, bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edib. Ümumilikdə isə Avropa ölkələrindən 800-dək şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) iştirak edib.

  Xatırladaq ki, çempionatın A qrupunda mübarizə aparan Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.

  Qitə çempionatının B qrupunda Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşə bilməyiblər.



Әlaqәli Xәbәrlәr