Basketbol üzrə Avropa Liqası turnirinin vəziyyəti necə olacaq?

... Amma vəziyyət daha acınacaqlı olarsa, Avropa Liqası rəhbərliyi alternativ variantlar haqda fikirləşəcək.

1386791
Basketbol üzrə Avropa Liqası turnirinin vəziyyəti necə olacaq?

 

  Basketbol üzrə Avropa Liqası turnirinin rəhbərliyi cari mövsümün nəticələrini ləğv etmək fikrində deyil.

  Turnirin rəhbərliyi Avropada korona virusunun fəsadlarının aradan qalxmasından sonra mövsümün bərpa ediləcəyini bildirib. İndiki məqamda isə çempionatın nəticələrinin ləğv olunması gözlənilmir. Bununla yanaşı, liqa rəhbərliyi mövsüm bərpa olunacağı halda onu məhz formata uyğun bitirməyi qərara alıb. Yəni müntəzəm çempionat başa çatdıqdan sonra dörddəbir final, daha sonra isə dördlər finalı təşkil olunacaq. Eyni qayda Avropa Kuboku turnirinə də aiddir. Amma vəziyyət daha acınacaqlı olarsa, Avropa Liqası rəhbərliyi alternativ variantlar haqda fikirləşəcək.



Әlaqәli Xәbәrlәr