Birinci Avropa Velofestivalı 2021-ci ildə keçiriləcək

Qeyd edək ki, festivalın keçiriləcəyi iki həftə ərzində olimpiya növləri üzrə nüfuzlu Avropa çempionatlarının şosedə, trekdə startların, BMX-yürüşlərin və BMX-fristaylların keçirilməsi planlaşdırılır.

1344064
Birinci Avropa Velofestivalı 2021-ci ildə keçiriləcək

  Birinci Avropa Velofestivalının 2021-ci ildə Minskdə keçirilməsi planlaşdırılır. Bu barədə niyyət protokolu yanvarın 20-də Avropa Velosiped İdmanı İttifaqının prezidenti Rokko KataneoBelarus Velosiped İdmanı Federasiyasının sədri Natalya Silinski arasında imzalanıb. Məlumatı BELTA agentliyi paylaşıb.

  “İrimiqyaslı veloforumun keçirilməsi üçün praktik olaraq hər şey hazırdır. Əla infrastruktur yaradılıb. Yalnız dağlıq yerlərdə yarışların keçirilməsi üçün nəzərdə tutulan trasların tikintisini başa çatdırmaq lazımdır. Lakin biz Belarus tərəfinin bu məsələnin öhdəsindən uğurla gələcəyinə şübhə etmirik”, - deyə Rokko Kataneo kontraktın imzalanmasını şərh edərkən bildirib.

  Natalya Silinskaya öz növbəsində bunları qeyd edib:

  “Bu cür irimiqyaslı tədbirin keçirilməsi böyük məsuliyyətdir. Yarışların keçirilməsinə necə başlasan, elə də davam edəcək. Buna görə də biz özümüzü rüsvay edə bilmərik. Bəli, hələlik hər şey hazır olmasa da, biz yarışların ən yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni edirik.

  Əgər əvvəllər biz Belarusda yalnız yerli idman ulduzlarını görürdüksə, indi ölkə tanınmış əcnəbi atletlərin çıxışlarının şahidi olacaq. İnanın ki, onlar da böyük həvəslə ölkəmizə gəlirlər.

  Hazırda Belarusda mövcud olan idman obyektlərinin keyfiyyəti ən yüksək tələbatlara cavab verir.”

  Qeyd edək ki, festivalın keçiriləcəyi iki həftə ərzində olimpiya növləri üzrə nüfuzlu Avropa çempionatlarının şosedə, trekdə startların, BMX-yürüşlərin və BMX-fristaylların keçirilməsi planlaşdırılır. “Gran Fondo” həvəskarlarının kütləvi yürüşü də əsl bayrama çevrilə bilər.

  Minskdə nüfuzlu forumun mükafatları uğrunda 5 min iştirakçı mübarizə aparacaq, 72 dəst medal oynanılacaq.



Әlaqәli Xәbәrlәr