"Dəbli xanımların velosiped turu" fərdi olaraq təşkil edilib

Qadınların kütləvi şəkildə velosipedlə şəhər gəzintisinə çıxdığı tədbirdə cari il az sayda iştirakçı yer alıb.

1494520
"Dəbli xanımların velosiped turu" fərdi olaraq təşkil edilib

İzmirli bir qrup qadının təşəbbüsü ilə dünyaya yayılan 8-ci "Dəbli xanımların velosiped turu" (Fancy Women Velosiped) yeni növ koronavirus (Covid-19) səbəbiylə "fərdi olaraq" təşkil edilib.
Ötən illərdə yüzlərlə qadının rəğbət göstərdiyi, qadınların kütləvi şəkildə velosipedlə şəhər gəzintisinə çıxdığı tədbirdə cari il az sayda iştirakçı yer alıb. 
Velosipedlərini balon və çiçəklərlə bəzəyən az sayda qadın Cümhuriyet Meydanında bir araya gəlib.
Sosial məsafəni və maska qaydasına əməl edən qadınlar ayrı-ayrılıqda velosipedlərilə gəziblər.
"Dəbli xanımların velosiped turu" tədbirinin meneceri Sema Gür tədbirin birincisinin 2013-cü ildə "20 sentyabr beynəlxalq avtomobilsiz şəhərlər günü" münasibətilə təşkil etdiklərini bildirərək, "Beləliklə, hər kəsin avtomobilsiz 
bir şəhərin nə qədər gözəl olduğunu görməsini istəyirik" deyib.



Әlaqәli Xәbәrlәr