FİFA-nın beş oyunçu dəyişikliyi ilə əlaqədar təklifi

FİFA koronavirus pandemiyası ilə bağlı fasilədən sonra keçiriləcək futbol oyunlarında 5 oyunçu dəyişikliyinə icazə verməyə hazır olduğunu bildirdi.

1406468
FİFA-nın beş oyunçu dəyişikliyi ilə əlaqədar təklifi

FİFA koronavirus pandemiyası ilə bağlı fasilədən sonra keçiriləcək futbol oyunlarında 5 oyunçu dəyişikliyinə icazə verməyə hazır olduğunu bildirdi.

Bu addımın futbolçuların əlavə yükləmə və zədələrdən qaçması məqsədilə atılacağı açıqlanıb.

Komandalara oyunun gedişində 3 dəfə dəyişiklik üçün vaxt veriləcək ki, bu da lazımsız fasilələrin artmaması üçündür. Həmçinin, fasilədə də əvəzetməyə icazə veriləcək. Bir sözlə, komandalar fasilə və sonrakı üç imkanda ümumilikdə 5 oyunçunu əvəzləmək hüququna malik olacaq.

Lakin FİFA-nın təklifi oyun qaydalarının tənzimlənməsinə cavabdeh olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.



Әlaqәli Xәbәrlәr