FİFA-nın növbəti İcraedici Futbol Sammitinə start verildi

FİFA-nın növbəti İcraedici Futbol Sammitinə İstanbul şəhərində start verildi.

1145072
FİFA-nın növbəti İcraedici Futbol Sammitinə start verildi

Dünən 47 milli federasiyanın başçılarının iştirakı ilə öz işinə başlayan yığıncaq 15 fevrala dək davam edəcək.

Türkiyə Futbol Federasiyasından yayılan məlumata görə Shangri-La Bosphorus Oteldə keçirələn FIFA-nın növbəti idarəedici sammitinin açılış iclaslarına FİFA prezidenti Gianni Infantino, TFF I. Sədr əvəzi və UEFA İdarə heyəti Üzvü Sərvət Yardımcı, TFF-nin Xarici Əlaqələr üzrə İdarə heyəti Üzvü Kadir Kardaş, AFF-nın fəxri prezidenti Şenes Erzik və üzv ölkələrin yüksək səviyyəli nümayəndələri qatılıblar.

Zirvədə çıxış edən Infantino, Türkiyədə olmağının xoşbəxtliyini yaşadığını sammitin Türkiyə kimi qitələrin və xalqların bir araya gəldikləri mərkəzdə keçirilməsinə dəstəyinə görə Türkiyə Futbol Federasiyasına minnətdarlığını bildirdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr