Formula 1 Azərbaycan Qran-Prisi nə vaxtdır?

Böyük Britaniyanın “Autosport” nəşri Formula 1-in 2020-ci il üçün təxmini təqvimini açıqlayıb

1418211
Formula 1 Azərbaycan Qran-Prisi nə vaxtdır?

 

  Böyük Britaniyanın “Autosport” nəşri Formula 1-in 2020-ci il üçün təxmini təqvimini açıqlayıb.

  Təqvimdə Avstraliya, Monako, Fransa, Niderland, Kanada və Sinqapur yarışlarına yer verilməyib. 19 yürüşün yer aldığı təqvimdə Avstriyada və Bəhreyndə iki Qran-Prinin təşkil olunacağı qeyd edilib. Böyük Britaniya və ya Almaniyanın da iki yürüşə ev sahibliyi etməsi planlaşdırılır.

  Təxmini təqvimə görə, Azərbaycan Qran-Prisi sentyabrın 20-də təşkil olunacaq. Mövsümə dekabrın 13-də Əbu-Dabidə yekun vurulacaq.



Әlaqәli Xәbәrlәr