Futbolçu boks yarışlarına qatılır

Azərbaycan əsilli futbolçu boks yarışlarında mübarizə aparacaq

1418435
Futbolçu boks yarışlarına qatılır

 

  Moskvanın “Lokomotiv” və Kiyevin “Dinamo” futbol klublarının, həmçinin Ukrayna milli komandasının azərbaycanlı əsilli keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev boks yarışlarında çıxış etmək qərarına gəlib.

  “Sports.kz“ portalı xəbər verir ki, A.Əliyev ilk qarşılaşmasını “Döyüş” layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyuka qarşı keçirəcək. Qarşılaşma mayın 29-da baş tutacaq.

  Futbolçu 2005-2010-cu və 2011-2013-cü illərdə “Dinamo”da çıxış edib. İki mövsüm Rusiya klublarının – “Lokomotiv” və “Anjı”nin şərəfini qoruyub. Qazaxıstan azarkeşləri isə onu “Taraz”dakı çıxışlarından tanıyırlar. A.Əliyev “Dinamo”nun heyətində iki dəfə Ukrayna çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. Ukrayna millisində 2008-ci və 2012-ci illərdə çıxış edən futbolçu peşəkar karyerasını 2018-ci ildə başa vurub.



Әlaqәli Xәbәrlәr