“Liverpul” səfərdə  darmadağına sevinib

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

1741702
“Liverpul” səfərdə  darmadağına sevinib

TRT Spor verir ki, daha altı qarşılaşma baş tutub.

“Liverpul”  səfərdə  “Everton”un, lider “Çelsi” “Uotford”un, “Mançester Siti” isə  “Aston Villa”nın, qonağı olub. İlk üçlükdə qərarlaşan komandaların hamısı səfərdən qələbə ilə dönüb. Liverpul səfərdə Everton-u darmadağın edib. (1:4) Qol: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.

Dörd qolun qeydə alındığı “Sauthempton” – “Lester Siti” matçında qalib müəyyənləşməyib. “Vest Hem” – “Brayton” və “Vulverhempton” – “Bernli” görüşləri də heç-heçə bitib.

“Tottenhem” bu turda “Brentford”u qəbul edəcək. Turun mərkəzi oyununda isə “Mançester Yunayted” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.

 



Әlaqәli Xәbәrlәr