Luka Modriç qızıl topun sahibi oldu

"France Football" həftəlik dərgisinin təşkil etdiyi tədbirdə ilin ən yaxşıları məlum oldu.

1099858
Luka Modriç qızıl topun sahibi oldu

Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimində gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.

Modriç mükafata əsas namizədlər olan Kriştianu Ronaldonu, Antuan Qrizmann və Kilian Mbappeni geridə qoyub.

Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

"Yuventus" ulduz oyuncusu Ronaldo ikinci sırada iştirak edərkən, Atletiko Madrid və Fransa milli komandasının ulduz qolçusu Antonie Qrizman da üçüncü oldu.

Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuzolub. 

 



Әlaqәli Xәbәrlәr