"Mercedes" komandası irqçiliyə qarşı qara rəngli bolidləri ilə yarışacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası qara rəngli bolidlərini təqdim edib.

1446077
"Mercedes" komandası irqçiliyə qarşı qara rəngli bolidləri ilə yarışacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası qara rəngli bolidlərini təqdim edib. 

Komandanın pilotu Lüis Hemilton məsələyə münasibət bildirib. Sürücü vaxtilə irqçiliklə qarşılaşdığını xatırladıb: "Bu andan faydalanıb daha yaxşı olmalıyıq. Bərabərlik və inklüzivliyin təmin olunması məsələlərində daha yaxşı olmaq və real əhəmiyyətli dəyişiklikləri həyata keçirmək çox vacibdir. Mən də həyatımda irqçiliklə qarşılaşmışam, ailəmin və dostlarımın bundan necə zərər çəkdiklərini görmüşəm. Buna görə dəyişiklik barədə çağırış edərkən bütün qəlbimlə danışıram". 

Pilot "Mercedes"in icraçı direktoru Toto Volfla əlaqə qururaq komanda kimi daha yaxşı şeylər əldə edə biləcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə təxirə salınan "Formula 1" üzrə Dünya Çempionatının ilk yarışı 5 iyulda Avstriyada keçiriləcək.



Әlaqәli Xәbәrlәr