Ən çox qazanan klub açıqlandı

2018-2019 mövsümündə ən çox gəlir əldə edən klub Barselona oldu.

1341354
Ən çox qazanan klub açıqlandı
2020_BARCELONAA_.jpg

İqtisadi konsaltinq şirkəti Deloitte tərəfindən bu il 23-cü dəfə yayımlanan hesabata görə 840,8 milyon avro gəlir əldə edən Barselona keçən il siyahının əvvəlində iştirak edən "Real" dan önə keçərək 2018-2019 mövsümün zirvəsində yerləşdi.

Əvvəlki mövsümü 690.4 milyon avro ilə ikinci yerdə başa vuran Kataloniya təmsilçisi gəlirlərini 22 faiz artıraraq 800 milyon avro həddini aşan ilk klub oldu.

2018-2019 mövsümünün ən çox qazanan komandaları siyahısında Real Madrid 757.3 milyon avro ilə ikinci, Manchester United 711.5 avro ilə üçüncü sırada iştirak etdi.

Son UEFA Çempionlar Liqasının çempionu olan "Liverpool" qazancını 91 milyon avro artıraraq 604,7 milyon avroya çatdırdı, lakin əvvəlki ildə olduğu kimi siyahıda 7-ci pillədə qərarlaşdı.

 



Әlaqәli Xәbәrlәr