Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda Türkiyə vətəndaşı azarkeşlərlə bir araya gəlib

Dövlət başçısı bu gün oynanılacaq Türkiyə-Uels matçını izləmək üçün Azərbaycanın paytaxtı Bakıda olan Türkiyə vətəndaşı azarkeşlərlə bir araya gəlib.

1659187
Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda Türkiyə vətəndaşı azarkeşlərlə bir araya gəlib
baku Turk taraftarlar bayrak.jpg
erdogan Turk taraftarlari selamlama.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün oynanılacaq Türkiyə-Uels matçını izləmək üçün Azərbaycanın paytaxtı Bakıda olan Türkiyə vətəndaşı azarkeşlərlə bir araya gəlib. 

Prezident Ərdoğanın olduğu otelin qarşısına toplaşan Türkiyə vətəndaşları "Türkiyə" şüarları səsləndirərək böyük türk bayrağını açıblar.

Prezident Ərdoğan otelin balkonunda vətəndaşları salamlayıb.

Proqramı üçün oteldən çıxarkən azarkeşlərin yanına gedən Ərdoğan vətəndaşlarla söhbət edib və şəkil çəkdirib.

Qeyd edək ki, Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq. 

Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Bir xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.



Әlaqәli Xәbәrlәr