Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix

Hazırda yarışın Belçika və Xorvatiyada keçirilməsi ilə bağlı danışıqlar gedir

1452188
Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix

 

  Ralli üzrə dünya çempionatının təşkilatçıları cari mövsümün yeni təqvimini açıqlayıblar.

  Çempionat martın əvvəlində korona virusu pandemiyasına görə təxirə salınmışdı. Sonuncu mərhələyə Meksika ev sahibliyi etmişdi.

  Çempionatın sentyabrda bərpa olunacağı gözlənilir. Bərpadan sonra birinci yarış hazırkı dünya çempionu Ott Tyanakın vətəni Estoniyada sentyabrın 4-6-na planlaşdırılıb. Növbəti mərhələlər sentyabrın 24-27-də Türkiyədə, oktyabrın 15-18-də Almaniyada, oktyabrın 19-22-də Yaponiyada, oktyabrın 29-dan noyabrın 1-dək İtaliyada təşkil olunacaq.

  Hazırda yarışın Belçika və Xorvatiyada keçirilməsi ilə bağlı danışıqlar gedir.



Әlaqәli Xәbәrlәr